Kambocalı nazir Azərbaycan ilə biznes əlaqələrini inkişaf etdirməyə çağırıb
- 12 oktyabr, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamboca işgüzar əlaqələrin təşviqi, bazar məlumatlarına çıxışın genişləndirilməsi və zəruri hallarda praktiki məsələlərin həlli üçün Azərbaycanla və müvafiq ticarət palataları ilə sıx əməkdaşlığa ümid edir.
"Report" xəbər verir ki, bunu Kambocanın ticarət naziri Çam Nimul (Cham Nimul) Bakıda keçirilən Azərbaycan-Kamboca biznes-forumu zamanı bildirib.
O vurğulayıb ki, hər iki tərəfin ortaq məqsədi sahibkarlara yeni perspektivləri araşdırmağa və uzunmüddətli perspektivdə dayanıqlı kommersiya tərəfdaşlığı qurmağa imkan verən biznes fəaliyyəti üçün dəyərli və rahat şəraitin formalaşdırılmasından ibarətdir: "Məhz buna görə də mən bu gün özəl sektorumuzun fəal iştirakını yüksək qiymətləndirirəm. Onların bilikləri, təşəbbüskarlığı və praktik təcrübəsi hökumətin təkbaşına nəzərdən qaçıra biləcəyi imkanların aşkar edilməsi üçün əvəzedilməzdir. Belə mübadilələr prosesində gəlinən nəticələr, həmçinin qurumumuzun ikitərəfli ticarəti daha səmərəli şəkildə necə dəstəkləyə biləcəyini müəyyən etməyə imkan verəcək".