İqtisadiyyat Nazirliyinin müharibədə olmuş işçilərinə Novruz sovqatı verilib
- 17 mart, 2021
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyində digər qurumlarda olduğu kimi, Vətən müharibəsində iştirak etmiş əməkdaşlara xüsusi diqqət göstərilir.
"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətində növbəti tədbir olaraq, Nazirliyin nümayəndələri Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüşüb, Novruz bayramı münasibətilə sovqat təqdim ediblər.
Nazirliyin nümayəndələri həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşı Asəf Nəsibovun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb, bayram sovqatı təqdim ediblər.
Ümumilikdə, İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak etmiş 131 əməkdaşının ailəsinə Novruz sovqatı verilib.