İki ölkədən Azərbaycana üzüm şirəsi idxalı kəskin artıb

Biznes
  • 04 yanvar, 2023
  • 08:18
İki ölkədən Azərbaycana üzüm şirəsi idxalı kəskin artıb

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə 48,9 min ABŞ dolları dəyərində 60,95 ton üzüm şirəsi göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,7 %, kəmiyyət olaraq – 37,4 % azdır.

Rusiyaya 31,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 43,56 ton (-28 %), Malayziyaya 11,73 min ABŞ dolları dəyərində (-4 %) 12,64 ton (-12 %) və Yeni Zelandiyaya 5,32 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 4,76 ton (+2,5 dəfə) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 143,58 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 59,5 ton (+3,2 dəfə) üzüm şirəsi idxal edilib.

İsraildən 66 min ABŞ dolları dəyərində (+20 dəfə) 23,5 ton (+13 dəfə), İtaliyadan 45 min ABŞ dolları dəyərində (+60 dəfə) 24,75 ton (+125 dəfə), Fransadan 27,6 min ABŞ dolları dəyərində (-40 %) 8,64 ton (-40,5 %), Almaniyadan 4,91 min ABŞ dolları dəyərində 2,6 ton (bir il əvvəl tədarük olmayıb) və Yunanıstandan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton (ilk dəfə tədarük olub) məhsul alınıb.

44 filmi