Gürcüstan oktyabrda Azərbaycandan siqaret idxalına çəkdiyi xərci 68 dəfə artırıb

Biznes
  • 26 noyabr, 2024
  • 14:16
Gürcüstan oktyabrda Azərbaycandan siqaret idxalına çəkdiyi xərci 68 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 24,2 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə oktyabr ayında Gürcüstan Azərbaycandan 3,1 milyon ABŞ dolları dəyərində siqaret alıb. Bu isə bir il əvvələ nisbətən 68 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 132 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 1 % çoxdur. Gürcüstan Litvadan 35 milyon ABŞ dolları, Ermənistandan 21,2 milyon ABŞ dolları, Türkiyədən 13,5 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən isə 11,8 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi