Gürcüstan Azərbaycandan içki və tütün alışını iki dəfədən çox artırıb

Biznes
  • 21 fevral, 2024
  • 05:17
Gürcüstan Azərbaycandan içki və tütün alışını iki dəfədən çox artırıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 147 min ABŞ dolları dəyərində içki və tütün idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,2 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 10,6 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 12 % azdır.

Ötən ay Gürcüstan Litvadan 1,7 milyon ABŞ dolları, Ukraynadan 800 min ABŞ dolları, İtaliyadan 707 min ABŞ dolları, Fransadan 672 min ABŞ dolları, Latviyadan isə 650 min ABŞ dolları dəyərindən məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə