Fransız iş adamları Gəncədə birgə müəssisələr yarada bilər
- 19 dekabr, 2016
- 17:09
Bakı. 19 dekabr. REPORT.AZ/ Gəncədə bu gün “Azərbaycanla Fransa regionları və şəhərləri arası əməkdaşlığa dair” Birinci Seminar keçirilib.
"Report" xəbər verir ki, seminarda Tovuz, Naftalan, Goranboy, Şəmkir, İsmayıllı, Şəki rayon icra hakimiyyəti başçıları və müavinləri, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarusiya və s. ölkələrdən olan xarici qonaqların iştirak ediblər.
Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2012-ci ildən etibarən Fransanın Oser, Şabil və Vezle şəhərlərində tədbirlər keçirilib, bu ölkənin Yon vilayəti ilə birgə Gəncədə şərab festifalları keçirilıib: “Bu gün isə 4-cü beynəkxalq şərab festuifalı keçirilir”. E. Vəliyev Fransa ilə Azərbaycan arasında hər iki dövlət başçılarının rəhbərliyi ilə iqtisadi, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlığın daga da güclənməsindən danışıb, Gəncənin bu əməkdaşlıqda əldə etdiyi faydalardan bəhs edib: “Cənab prezident İlham Əliyevin apardıığı uğurlu daxili və xarici siyasət iki ölkə arasında münasibətlərə, xüsusilə də Gəncə və Yon vilayəti arasında qardaşlığa da öz faydasını verir”. O, Gəncə ilə Fransanın Yon və yaxud Burqundiya vilayətləri arasında iş adamları üçün birgə layihələr də təklif edib: “Aliminum və yeməkxana məmulatlarını istehsal edən müəssisələrin yaradılması, vaxtı ilə Gəncədə istehsal edilən “Çinar” şkoloadlarının istehsalı təcrübəsinə əsaslanaraq burada şirniyyat müəssisənin yaradılması, xalçaçılıq ilə bağlı birgə istehsalın yaradılması, o cümlədən turistik layihələrin həyata keçirilıməsini iş adamlarımız birgə həyata keçirə bilər. Bizdə buna hər cür şərait var”.
Çıxış edən Fransanın Yon vilayətinin prezidenti Andre Vilye Gəncə ilə rəhbərlik etdiyi vilayət arasında birgə tədbirlərdən, Fransa və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində Gəncə-Yon dostluğunun oynadığı roldan danışıb: “Azərbaycan güclü prezidentinin apardığı siyasət nəticəsində uğurla inkişaf edir. Qədim Azərbaycan şəhəri Gəncə də bundan faydalanır. Gəncənin rəhbəri dostum Elmar Vəliyevin işgüzar səyi nəticəsində bizim vilayətimiz ilə əməkdaşlıq bu inkişafın fonunda daha da inkişlaf edir”.
Fransanın Konyak şəhərinin meri Mişel Qurinşa, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bölgənin icra başçıları və digər qonaqlar çıxış edərək iki ölkə arasınd amünasibətlərdən, birgə gələcək layihələrdən danışıblar.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb. Fransa regionları və əməkdaşlığa dair I seminar iştirakçılarına sonda xatirə hədiyyələri təqdim olunub.