Daha bir ölkədən Azərbaycana hibrid avtomobillərin idxalına başlanılıb

Biznes
  • 14 oktyabr, 2022
  • 05:58
Daha bir ölkədən Azərbaycana hibrid avtomobillərin idxalına başlanılıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 71,867 milyon ABŞ dolları dəyərində 7 min 070 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 97,5 %, kəmiyyət olaraq – 20,3 % çoxdur.

Hesabat dövründə Yaponiyadan 40,06 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35,6 % çoxdur) 6 min 028 ədəd (+8,3 %), Amerika Birləşmiş Ştatlarından 16,743 milyon ABŞ dolları dəyərində (+5,7 dəfə) 579 ədəd (+3,1 dəfə), Almaniyadan 6,944 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 123 ədəd (+4,1 dəfə), Koreyadan 1,567 milyon ABŞ dolları dəyərində (+7,1 dəfə) 92 ədəd (+3,1 dəfə), Böyük Britaniyadan 1,367 milyon ABŞ dolları dəyərində (+74,5 %) 20 ədəd (+2,2 dəfə) hibrid avtomobil alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan tədarük həyata keçirilib. Həmin ölkədən 40 min ABŞ dolları dəyərində 1 ədəd nəqliyyat vasitəsi idxal edilib.

44 - Tezliklə