Dağıstan Azərbaycana konyak ixrac etməyi planlaşdırır

Biznes
  • 03 avqust, 2023
  • 10:40
Dağıstan Azərbaycana konyak ixrac etməyi planlaşdırır

Dağıstanda yerləşən konyak zavodları öz məhsullarının ixracını genişləndirməyi və Azərbaycana tədarükünə başlamağı planlaşdırır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.

Onun sözlərinə görə, bu gün Dağıstan istehsalı olan şərablar Çin və Belarusa, konyaklar isə Qazaxıstana ixrac olunur: “Sanksiyalar tətbiq edilməmişdən əvvəl Avropa İttifaqı ölkələrinə konyak ixracı həyata keçirilirdi”.

"Dağıstan konyakının Azərbaycana ixracı perspektivli olacaq. Konyak zavodlarımız öz məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün fəal işləmək niyyətindədir", - R.Abaskuliyev bildirib.

44 - Tezliklə