Covanni Kristofoli: "Azərbaycanda investorlar üçün çox əlverişli mühit formalaşıb"
- 06 mart, 2026
- 17:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda biznes və investorlar üçün çox əlverişli mühit formalaşıb.
"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev və yüksək vəzifəli məmurlar, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri və tərəfdaşlarımız, ümumiyyətlə səlahiyyətli qurumlar elə şərait yaradırlar ki, biznesimiz və investorlar özlərini maksimum təhlükəsiz hiss edirlər", - C.Kristofoli qeyd edib.
O vurğulayıb ki, ölkədə biznesin inkişaf etməsinə və layihələrini həyata keçirməsinə imkan verən investisiya mühiti yaradılıb: "Bizneslər burada məqsədlərini reallaşdıra bilər, bu isə öz növbəsində ölkə iqtisadiyyatının gələcək inkişafına və artımına töhfə verir".
BP-nin regional prezidenti əlavə edib ki, Azərbaycandakı fəaliyyət böyük əhəmiyyət kəsb edir: "Buradakı biznesimiz bizim üçün həm maliyyə baxımından, həm də bütün digər aspektlərdə son dərəcə vacibdir. Buna görə də Azərbaycandakı biznesimizə rəhbərlik etməkdən məmnunam".