Bu il Azərbaycan Özbəkistandan televizor idxalında ilk üçlüyə daxil olub
- 15 noyabr, 2022
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Özbəkistandan televizor idxalına görə ilk üçlüyə daxil olub.
“Report”un Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Bu ilin 9 ayında bu ölkədən Azərbaycana 40,5 min ədəd televizor gətirilib.
Bu siyahıda ilk yeri Rusiya tutub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Özbəkistandan Rusiyaya 73 min ədəd televizor ixrac edilib. Bu, respublikanın ümumi televizor ixracının 53,7 %-ini təşkil edib.
Ümumilikdə isə son 4 ay ərzində Özbəkistandan Rusiyaya texnika tədarükü 5,5 dəfə artıb.
İlk üçlüyün sonuncusu isə Qazaxıstan olub. 9 ay ərzində bu ölkə Özbəkistandan 12,8 min ədəd televizor alıb.
Qeyd edək ki, bu ilin 9 ayında Özbəkistan ümumi dəyəri 23,4 milyon ABŞ dolları olan 135,9 min ədəd televizor ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26,2 % və ya 28,2 min ədəd çoxdur.