Bu il Azərbaycan azot gübrəsi ixracını 26 %-dən çox artırıb
- 31 may, 2025
- 17:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 63 milyon 527,46 min ABŞ dolları dəyərində 215 min 667,16 ton azot gübrəsi ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,9 dəfə, həcmi isə 26,2 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 6,69 % təşkil edir.
Apreldə isə ölkədən 15 milyon 559,2 min ABŞ dolları məbləğində 54 min 597,31 ton azot gübrəsi ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 2,5 dəfə və 1,9 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 950 milyon 86,59 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.