Beş ölkədən Azərbaycana viski tədarükü bərpa edilib

Biznes
  • 03 mart, 2023
  • 12:55
Beş ölkədən Azərbaycana viski tədarükü bərpa edilib

Ötən il ərzində Azərbaycana xaricdən 6,43 milyon ABŞ dolları dəyərində 15,36 min dekalitr viski gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 40,3 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Azərbaycan Böyük Britaniyadan 4,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54,5 % çoxdur) 9,86 min dekalitr (+24 %), İrlandiyadan 1,14 milyon ABŞ dolları dəyərində (+38,1 %) 3,84 min dekalitr (+52,4 %), Amerika Birləşmiş Ştatlarından 587,23 min ABŞ dolları dəyərində (+1,4 %) 1,46 min dekalitr (-1 %), Almaniyadan 44,7 min ABŞ dolları dəyərində (-8 %) 0,03 min dekalitr (-25 %), Avstriyadan 35,87 min ABŞ dolları dəyərində (-60 %) 0,02 min dekalitr (-50 %) məhsul alıb.

Azərbaycana Belarusdan (0,01 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), Hindistandan (0,45 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), İtaliyadan (12,75 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), Niderlanddan (3,55 min ABŞ dolları dəyərində 0,01 min dekalitr) və Rusiyadan (10,28 min ABŞ dolları dəyərində 0,08 min dekalitr) viski tədarükü bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kubadan (7,97 min ABŞ dolları dəyərində 0,04 min dekalitr) idxal həyata keçirilib.

44 - Tezliklə