AZPROMO Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

Biznes
  • 22 iyun, 2026
  • 12:01
AZPROMO Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 5-ci Özbəkistanda keçirilən Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub.

"Report" AZPROMO-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda "Azərbaycan-Özbəkistan azad və sənaye iqtisadi zonalarının potensialı" mövzusunda keçirilən sessiyada və "Mərkəzi Asiyanın İnvestisiyaların Təşviqi Agentliklərinin Dəyirmi Masası: İnvestisiyaların birgə təşviqi üzrə regional platformanın qurulması" adlı tədbirdə iştirak edib.

Panel sessiyada AZPROMO-nun nümayəndəsi ölkə təqdimatı ilə çıxış edərək Azərbaycanın biznes və investisiya mühiti, makroiqtisadi sabitliyi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika potensialı və investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib.

Bildirilib ki, ölkəmiz regionda dayanıqlı iqtisadi göstəricilərə, əlverişli biznes mühitinə, müasir infrastruktura və investorlar üçün geniş təşviq mexanizmlərinə malik etibarlı tərəfdaş kimi çıxış edir.

Dəyirmi masada Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd edilib ki, investorların yerli tərəfdaşlarla əlaqələndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və rəqəmsal investisiya xidmətlərinin inkişafı Azərbaycanın regional dəyər zəncirlərində mövqeyinin gücləndirilməsinə töhfə verir.

44 - Tezliklə