"Azərmaş Group"un xalis mənfəəti 13 %-dən çox azalıb
- 08 iyul, 2026
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərmaş Group" MМС 2025-ci ili 8,096 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 13,3 % azdır.
Ötən il "Azərmaş Group"un vergiyəqədərki mənfəəti 8,16 milyon manat (əvvəlki ilə nisbətən 31 % az), mənfəət vergisi ödəmələri isə 64 min manat (38,9 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərmaş Group"un aktivləri 47,425 milyon manat olub ki, bu da illik müqayisədə 15,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 42,4 % azalaraq 22,956 milyon manata düşüb, balans kapitalı isə 49,4 % artaraq 24,469 milyon manata çatıb.
Xatırladaq ki, "Azərmaş Group" 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. Şirkətin təsisçisi "Azərmaş" ASC-dir.