Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox artıb

Biznes
  • 18 oktyabr, 2021
  • 06:46
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox artıb

Bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22 974,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% çoxdur.

Bu ilin ilk 9 ayında xarici ticarət 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.

Son nəticədə xarici ticarətdə 6,285 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.