Azərbaycanın qeyri-neft-qaz ixracını 10 %-dən çox artırıb

Biznes
  • 12 sentyabr, 2025
  • 11:58
Azərbaycanın qeyri-neft-qaz ixracını 10 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,9 % artaraq 774,2 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 58,2 %, meyvə-tərəvəzin ixrac dəyəri 32,2 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 24,3 %, pambıq ipliyin ixrac dəyəri 16,3 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 0,2 % artıb. 

İl ərzində aqrar məhsulların ixrac dəyəri 28,2 % artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 4,7 % artaraq 209,5 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 21,3 % artaraq 823,9 milyon ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Bütün Xəbər Lenti