Azərbaycanın metal məmulatları istehsalçısı yeni səhmdar cəlb edib
- 05 oktyabr, 2023
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"AzeSteelCompany” ASC-nin səhmlərinin müvafiq olaraq 73 %-nə və 10 %-nə nəzarət edən Cəmaləddin İsmayılov və Ömər Hüseynov paylarını azaldıblar.
"Report" xəbər verir ki, birinci payını 19,8 %-ə, ikinci isə 3,3 %-ə endirib.
Əvəzində səhmlərin 10 %-nə nəzarət edən "Azfinance İnvestisiya Şirkəti" QSC payını 65,1 %-ə çatdırıb, həmçinin şirkətə cəlb olunmuş yeni səhmdar - Aysel Səfərəliyeva 4,8 % pay əldə edib.
Səhmlərin qalan 7 %-i isə əvvəlki kimi Kənan Ağayeva məxsusdur.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.
"Azfinance İnvestisiya Şirkəti"nə gəlincə isə, o həm də “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-nə nəzarət edir. İnvestisiya şirkətinin İdarə Heyətinin sədri İntiqam Səfərəliyevdir.