Azərbaycanın məşhur elektrik avadanlıqları satıcısı mənfəətini 26% artırıb

Biznes
  • 20 noyabr, 2021
  • 13:10
Azərbaycanın məşhur elektrik avadanlıqları satıcısı mənfəətini 26% artırıb

“Optimal Elektronika” MMC 2020-ci ili 27,064 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 26,2% çoxdur.

Ötən il “Optimal Elektronika”nın gəlirləri 106,583 milyon manat (əvvəlki ilə nisbətən 8,5% çox), xərcləri isə 79,519 milyon manat (3,5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Optimal Elektronika"nın aktivləri 96,339 milyon manat olub ki, bu da illik müqayisədə 28,3% çoxdur. Bunun 38,844 milyon manatı nisyə portfelidir. Son 1 ildə şirkətin nisyə verdiyi malların ümumi dəyəri 10,7% artıb.

Hesabat dövründə “Optimal Elektronika”nın öhdəlikləri 35,2% artaraq 53,179 milyon manata, balans kapitalı isə 20,8% artaraq 43,16 milyon manata çatıb.

Xatırladaq ki, “Optimal Elektronika" 2013-cü ildə yaradılıb, Azərbaycan məşhur elektrik avadanlıqları satıcısıdır. Onun nizamnamə kapitalı 2,885 milyon manatdır. Şirkətin təsisçisi (həm də qanuni təmsilçisi) Əhəd Əsgərovdur. O, həm də bu ilin əvvəlindən mikromaliyyə bazarına daxil olmuş "Optimal Finance" ASC bank olmayan kredit təşkilatının (BOKT) direktorudur. Amma bu BOKT-un təsisçisi Elçin Əsgərovdur.

44 - Tezliklə