Azərbaycan kakao idxalına çəkdiyi xərci 18 % artırıb
- 18 noyabr, 2023
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 88,11 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 7,183 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % azdır.
10 ayda kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,62 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır.
Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.