Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
- 20 may, 2025
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 416,274 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 12 % artaraq 215,054 milyon ABŞ dolları (ümumi ixracın 10,7 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 4 % azalaraq 201,220 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 15,3 % artaraq 7 milyard 755,669 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 14,2 % artaraq 2 milyard 014,373 milyon ABŞ dolları, idxalın dəyəri isə 15,7 % artaraq 5 milyard 741,295 milyon ABŞ dolları təşkil edib.