Azərbaycanın daha 3 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Biznes
  • 16 mart, 2017
  • 05:03
Azərbaycanın daha 3 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 3 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Muğan-Pambıq”, “İmişli-Pambıq” və “Beyləqan-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

№ ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Muğan-Pambıq” 12 may saat 11:30 Şirvan şəhəri, Sabir küçəsi, 1 2000 947840 manat
2 “İmişli-Pambıq” 18 may saat 11:30 İmişli şəhəri, R.Əliyev küçəsi, 1 2000 1722994 manat
3 “Beyləqan-Pambıq” 18 may saat 16:00 Beyləqan şəhəri, Daşburun qəsəbəsi 2000 840690 manat
44 filmi