Azərbaycanın ayaqqabı idxalına çəkdiyi xərc 60 %-dək artıb

Biznes
  • 26 mart, 2022
  • 07:24
Azərbaycanın ayaqqabı idxalına çəkdiyi xərc 60 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 12,579 milyon ABŞ dolları dəyərində ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələrini idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,676 milyon ABŞ dolları (59,2 %) çoxdur.

İki ay ərzində Azərbaycanın ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələrinin ixracının dəyəri isə 68 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 26 min ABŞ dolları (61,9 %) çoxdur.

Hesabat dövründə ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,64 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.\

44 filmi