Azərbaycanın 11 ayda ixrac etdiyi əsas qeyri-neft məhsulları – SİYAHI
- 18 dekabr, 2024
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Aşağıdakı cədvəldə Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsullarının tam siyahısı göstərilib:
| Malın adı |
Miqdar | 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən |
Statistik dəyər (min ABŞ dolları) | 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən |
| Tərəvəz və meyvə, ton | 610 004,97 | -4,9 % | 627 969,26 | -2,1 % |
| Bitki və heyvan mənşəli piylər və yağlar, ton | 15 953,75 | +34,5 % | 25 517,42 | +32 % |
| Şəkər və şəkərdən qənnadı məmulatları, ton | 47 885,07 | +54 % | 36 935,75 | +55,2 % |
| Sement, hazır və ya klinker formasında, ton | 773 960,57 | -4 % | 48 108,25 | +4,3 % |
| Mis filizləri və konsentratları, ton | 822,04 | -95,1 % | 1 691,28 | -91,1 % |
| Elektrik enerjisi, 1000 kVt/saat | 1 745 248,66 | -55,5 % | 93 934,05 | -75,2 % |
| Metanol (metil spirti), ton | 441 023,5 | -2 % | 94 896,4 | +16,6 % |
| Azot gübrəsi, ton | 511 610,68 | +1,7 dəfə | 112 774,32 | +1,6 dəfə |
| Etilen polimerləri, ilkin formalarda, ton | 113 893,14 | -18,2 % | 127 816,59 | -11,7 % |
| Polipropilen, ilkin formalarda, ton | 44 621,63 | -51,5 % | 50 549,7 | -49,7% |
| Propilenin sopolimerləri, ilkin formalarda, ton | 79 109,73 | +11,7% | 93 863,53 | +3,6 % |
| Pambıq lifi, ton | 113 980,51 | +1,8 dəfə | 169 965,99 | +52,6 % |
| Pambıq iplik, ton | 10 918,25 | +0,8 % | 26 991,45 | -11 % |
| Qara metallar və onlardan hazırlanan məmulatlar, ton | 85 222,76 | -13 % | 76 469,67 | -14,1 % |
| Mis və ondan hazırlanan məmulatlar, ton | 3 708,48 | -5% | 25 857,44 | -4,2 % |
| Alüminium və ondan hazırlanan məmulatlar, ton | 67 691,85 | -1,1 % | 182 548,38 | +1,7 % |
| Digərləri | - | - | 852 717,89 | +29,8 % |
| Cəmi | - | - | 2 648 607,36 | -2,4 % |