Azərbaycandan piy və yağ ixracının həcmi 27 % artıb
- 31 may, 2025
- 17:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7 milyon 292,29 min ABŞ dolları dəyərində 5 843,7 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 3,2 % az, həcmi isə 27 % çoxdur.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,77 % təşkil edir.
Apreldə isə ölkədən 1 milyon 418,7 min ABŞ dolları məbləğində 1 114,43 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 26 % və 6 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 950 milyon 86,59 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.