Azərbaycandan daha 3 ölkəyə ətir ixracına başlanılıb

Biznes
  • 18 yanvar, 2023
  • 13:44
Azərbaycandan daha 3 ölkəyə ətir ixracına başlanılıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 22,63 milyon ABŞ dolları dəyərində 1 min 160 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 %, kəmiyyət olaraq – 0,4 % çoxdur.

Fransadan 8,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,2 % çoxdur) 95,82 ton (+22 %), Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində (-6 %) 172,73 ton (-31 %), İtaliyadan 2,18 milyon ABŞ dolları dəyərində (+14 %) 38,74 ton (+50 %), İspaniyadan 2 milyon ABŞ dolları dəyərində (+67 %) 39,8 ton (+48 %), Polşadan 1,42 milyon ABŞ dolları dəyərində (-46 %) 89,21 ton (-44 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində (+5,2 dəfə) 30,19 ton (+86 %) ətir və tualet suyu ixrac edilib.

Birləşmiş Ərəb Əmirliklərinə 1,944 milyon ABŞ dolları dəyərində (+4,6 dəfə) 17,95 ton (+3,6 dəfə), Amerika Birləşmiş Ştatlarına 946 min ABŞ dolları dəyərində (+38 dəfə) 6,11 ton (+17 dəfə), Qırğızıstana 51 min ABŞ dolları dəyərində 1,33 ton (2 il 8 aydan sonra bərpa edilib), Küveytə 35,1 min ABŞ dolları dəyərində (+32 dəfə) 2,62 ton (+66 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 17 min ABŞ dolları dəyərində (+18 dəfə) 0,09 ton (+9 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya, Qazaxıstana və Türkmənistana tədarük həyata keçirilib. Həmin ölkələrə müvafiq olaraq 0,72 min ABŞ dolları dəyərində 0,28 ton, 1,04 min ABŞ dolları dəyərində 0,28 ton və 1,4 min ABŞ dolları dəyərində 0,7 ton ətir göndərilib.

44 - Tezliklə