Azərbaycandan 5 ölkəyə mebel ixracı bərpa edilib

Biznes
  • 12 yanvar, 2023
  • 10:18
Azərbaycandan 5 ölkəyə mebel ixracı bərpa edilib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 3,528 milyon ABŞ dolları dəyərində 28 min 439 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Litvaya 828,41 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 1 min 767 ədəd (+39,4 %), Amerika Birləşmiş Ştatlarına 818,75 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 14 min 586 ədəd (+2,3 dəfə), Gürcüstana 754,45 min ABŞ dolları dəyərində (+9,3 dəfə) 5 min 741 ədəd (+4 dəfə), Qazaxıstana 615 min ABŞ dolları dəyərində (+59 %) 766 ədəd (+54 %), Polşaya 180,4 min ABŞ dolları dəyərində (-23 %) 381 ədəd (-18 %) məhsul göndərilib.

Yeddi ilin tamamında Latviyaya, 6 il 4 aydan sonra Türkmənistana, 5 il 6 aylıq fasilənin ardından Sinqapura, 3 ilin tamamında Vyetnama, 1 il 4 aylıq aradan sonra Anqolaya tədarük bərpa edilib.

Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 26,96 min ABŞ dolları dəyərində 3 ədəd, 0,2 min ABŞ dolları dəyərində 1 ədəd, 1,9 min ABŞ dolları dəyərində 46 ədəd, 0,05 min ABŞ dolları dəyərində 1 ədəd, 1,14 min ABŞ dolları dəyərində 1 ədəd mebel alıb.