Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracı 22 %-dən çox azalıb
- 06 aprel, 2026
- 17:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 131,645 milyon ABŞ dolları təşkil edib.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 37,703 milyon ABŞ dolları və ya 22,26 % azdır.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 27,11 % payla "SOCAR Polymer" MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin reytinqi:
| Şirkət | 2026-cı ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-ci ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| "SOCAR Polymer" MMC | 35,7 | 30,3 | 17,82 % |
| "AzerGold" QSC | 30,9 | 21,8 | 41,74 % |
| "Azəralüminium" MMC | 27,8 | 23,4 | 18,8 % |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 27,4 | 70,4 | -61,08 % |
| "Azərpambıq ASK" MMC | 6,8 | 7,8 | -12,82 % |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 2,6 | 15,6 | -83,33 % |
| "SOCAR CAPE" MMC | 0,328 | 0 | - |
| "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi | 0,053 | 0 | - |
| "İSTİSU mineral su zavodu" MMC | 0,045 | 0,007 | 542,86 % |
| "Qaradağ Şüşə Zavodu" ASC | 0,021 | 0,043 | -51,16 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dollarına çatıb.