Azərbaycanda meyvə şirəsi istehsalı cüzi artıb

Biznes
  • 16 avqust, 2025
  • 11:32
Azərbaycanda meyvə şirəsi istehsalı cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyon 508 min dekalitr meyvə şirəsi istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 94 min 863 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 0,6 % azdır.

Avqustun 1-nə ölkədə 535,2 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 284,6 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 6,2 % və 5,3 % azdır.

Xatırladaq ki, 7 ayda Azərbaycanda 3 milyard 13,3 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,6 % çoxdur.

44 - Tezliklə