Azərbaycanda idxal məhsulları bahalaşıb

Biznes
  • 21 noyabr, 2016
  • 07:23
Azərbaycanda idxal məhsulları bahalaşıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 1,3% artıb.

"Report" Dövlət Statistika Komitəsinin açıqladığı qiymət indekslərinə əsasən xəbər verir ki, MDB ölkələrindən idxal olunan məhsullarda 0,2% ucuzlaşma, digər ölkələrdən idxal olunan məhsullarda isə 1,8% bahalaşma qeydə alınıb.

Sentyabr ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,2%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 3,2%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,0% bahalaşıb.