Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq daşımalar 42 %-dən çox artıb

Biznes
  • 31 may, 2025
  • 16:14
Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq daşımalar 42 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyard 130 milyon 124,96 min ABŞ dolları dəyərində 4 546,92 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47 % və 42,4 % çoxdur.

Dörd ayda hava nəqliyyatı ilə 3 milyard 6 milyon 843,36 min ABŞ dolları (47,5 % çox) dəyərində 4 173,29 ton (1,4 dəfə çox) idxal və 123 milyon 282 min ABŞ dolları (1,4 dəfə çox) dəyərində 373,64 ton (1,7 dəfə çox) ixrac əməliyyatları həyata keçirilib.