Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait açıqlanıb

Biznes
  • 08 fevral, 2023
  • 13:34
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait açıqlanıb

2022-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat daxil olub və proqnoz 101,2 % icra olunub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

M. Cabbarovun sözlərinə görə, sahibkarlığın inkişafı üçün stimul yaradan özəlləşdirmə prosesi, eyni zamanda, qeyri-səmərəli dövlət aktivlərinin azaldılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.