Azərbaycanda 9 ayda elektron satınalmaların dəyəri 3,2 milyard manat olub

Biznes
  • 19 noyabr, 2026
  • 12:18
Azərbaycanda 9 ayda elektron satınalmaların dəyəri 3,2 milyard manat olub

Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 6 372 elektron satınalmanı təsdiqləyib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu satınalmaların ümumi məbləği 3,2 milyard manat olub. Elektron satınalmalarda orta iştirakçı sayı isə 3,5 təşkil edib.

Hesabat dövründə ən aşağı qiymət təklifinin payı 3 faiz bəndi artaraq 71,9 % olub.

"Satınalma proseslərində iştirakçı sayının artması təchizatçılar arasında rəqabətin güclənməsinə, daha əlverişli təkliflərin formalaşmasına və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına şərait yaradır", - deyə məlumatda qeyd olunub.

44 filmi