Azərbaycana Rusiyadan it və pişik gətirilib
- 16 iyun, 2025
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Rusiyanın İrkutsk vilayətindən və Buryatiya bölgəsindən 115 ev heyvanı – it və pişik gətirilib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, heyvanlar Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Ermənistan, Türkiyə, Braziliya, Serbiya, Xorvatiya, Norveç, Çexiya, Monteneqro, Bolqarıstan, Monqolustan, Tailand, Vyetnam və Cənubi Koreyaya yola salınıb.
“Rosselxoznadzor” əməkdaşları ev heyvanlarının sağlamlıq vəziyyətini yoxlayıb, müşayiətedici sənədləri araşdırıblar. Aparılan yoxlamalar nəticəsində heyvanların klinik olaraq sağlam olduğu və quduzluq da daxil olmaqla, müxtəlif infeksion xəstəliklərə qarşı peyvənd olunduqları təsdiqlənib.
Heyvanların daşınma qaydalarının pozulması ilə bağlı heç bir fakt qeydə alınmayıb.