Azərbaycana iki ölkədən gil tədarükü bərpa edilib

Biznes
  • 10 yanvar, 2023
  • 08:18
Azərbaycana iki ölkədən gil tədarükü bərpa edilib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,1 milyon ABŞ dolları dəyərində 142 min 443 ton gil (bentonit) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 % çoxdur, kəmiyyət olaraq – 1 % azdır.

Rusiyaya 8,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 122 min 647 ton (+6 %), Yaponiyaya 1,1 milyon ABŞ dolları dəyərində 4 min 478 ton (3 il 1 aydan sonra tədarük bərpa edilib), Belarusa 850 min ABŞ dolları dəyərində (+78 %) 4 min 755 ton (+72 %), Polşaya 563 min ABŞ dolları dəyərində (-14 %) 7 min 945 ton (-45,7 %), İndoneziyaya 116 min ABŞ dolları dəyərində (+27,5 %) 1 min 975 ton (+32 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 2,5 milyon ABŞ dolları dəyərində (-1 %) 12 min 397 ton (-31 %) gil (bentonit, odadavamlı, digər) idxal edilib.

Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 dəfə çoxdur) 8 min 829 ton (+80 dəfə), Türkiyədən 579 min ABŞ dolları dəyərində (+78 %) 2 min 026 ton (+67 %), Gürcüstandan 234 min ABŞ dolları dəyərində (+13 dəfə) 1 min 039 ton (+13 dəfə), Braziliyadan 103 min ABŞ dolları dəyərində (+10 %) 61,5 ton (+3,3 %), Polşadan 34 min ABŞ dolları dəyərində (+3 400 dəfə) 207 ton (+6 900 dəfə) məhsul gətirilib.

Yeddi ilin tamamında Yunanıstandan, 2 il 5 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,9 min ABŞ dolları dəyərində 5,5 ton və 21 min ABŞ dolları dəyərində 45,1 ton gil alınıb.

44 - Tezliklə