Azərbaycana elektromobil idxalı 35% azalıb
- 18 oktyabr, 2021
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 659,1 milyon ABŞ dolları dəyərində 64 954 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 42,45 % və 68,1 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 18,5 % artaraq 141 ədəd (20,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 68,1 % artaraq 60 578 ədəd (562,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 8 779-u (54 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 93-ü (2,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 34,5 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 73,45 % artaraq 4 123 ədəd (64,2 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,4 % artaraq 112 ədəd (12,6 milyon ABŞ dolları dəyərində) olub.