Azərbaycana daha iki ölkədən heyvan piyi idxalına başlanılıb

Biznes
  • 11 mart, 2023
  • 06:41
Azərbaycana daha iki ölkədən heyvan piyi idxalına başlanılıb

2022-ci ildə Azərbaycan 350 min ABŞ dolları dəyərində 857 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Qazaxıstana 259 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,9 dəfə çoxdur) 625 ton (+5,4 dəfə), Əfqanıstana 81,48 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 201 ton (+4,6 dəfə) və Tacikistana 6,87 min ABŞ dolları dəyərində 29,6 ton (ilk dəfə tədarük olub) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana xaricdən 400 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 231 ton (+3 dəfə) heyvan piyi gətirilib.

Braziliyadan 157,31 min ABŞ dolları dəyərində (+13 dəfə) 98 ton (+9,7 dəfə), İrandan 110 min ABŞ dolları dəyərində (+6,4 dəfə) 50,4 ton (+5 dəfə), Monqolustandan 67 min ABŞ dolları dəyərində 39 ton, Çindən 43 min ABŞ dolları dəyərində 25 ton, Ukraynadan 22,14 min ABŞ dolları dəyərində (-54 %) 19 ton (-54 %) və İsveçdən 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən və Monqolustandan tədarük həyata keçirilib. İki il 9 aylıq aradan sonra İsveçdən idxal bərpa edilib.