Azərbaycan Yaponiyadan avtomobil alışını kəskin artırıb

Biznes
  • 03 iyul, 2023
  • 13:47
Azərbaycan Yaponiyadan avtomobil alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 270,2 milyon ABŞ dolları dəyərində 22 min 496 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Koreyadan 60 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55,2 % çoxdur) 6 min 941 ədəd (+41 %), Yaponiyadan 49,7 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 2 min 220 ədəd (+95 %), Almaniyadan 41,9 milyon ABŞ dolları dəyərində (+41 %) 4 min 477 ədəd (+44,4 %), Böyük Britaniyadan 25,9 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 118 ədəd (+66 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 24,8 milyon ABŞ dolları dəyərində (+17,3 %) 1 min 826 ədəd (-17 %) avtomobil alıb.

2022-ci ildə Azərbaycana (32 ölkədən) idxal edilmiş 670,7 milyon ABŞ dolları dəyərində minik avtomobillərinin 19,3 %-i Almaniyanın, 19,3 %-i Koreyanın, 17 %-i Yaponiyanın payına düşüb.