Azərbaycan Vyetnamdan qreypfrut tədarükünü bərpa edib

Biznes
  • 09 iyul, 2025
  • 14:57
Azərbaycan Vyetnamdan qreypfrut tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 299 min ABŞ dolları dəyərində 361,4 ton qreypfrut idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 278,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 348,4 ton (-25 %), Çindən 12,35 min ABŞ dolları dəyərində (-19 %) 8,2 ton (-18 %), Cənubi Afrikadan (CAR) 4,7 min ABŞ dolları dəyərində 3,9 ton (bir il əvvəl tədarük olmayıb), Tailanddan 2,9 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb) və Vyetnamdan 0,06 min ABŞ dolları dəyərində 0,02 ton məhsul gətirib.

Azərbaycan 2 ilin tamamında Vyetnamdan qreypfrut tədarükünü bərpa edib.

44 - Tezliklə