Azərbaycan və Uqanda qarşılıqlı ticari-iqtisadi əlaqələri müzakirə edib
Biznes
- 28 avqust, 2025
- 16:59
Azərbaycan və Uqanda arasında qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafı müzakirə edilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazirin birinci müavini Elnur Əliyevin Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə keçirilən görüşündə aparılıb.
Görüşdə hər iki ölkənin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. İqtisadi münasibətlərin genişləndirilməsi, işbirliyi və investisiya imkanlarının araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Enerji, kənd təsərrüfatı, mineral ehtiyatlar sahəsində birgə fəaliyyət imkanları, o cümlədən işgüzar dairələr arasında əlaqələrin qurulması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Son xəbərlər
19:48
İtaliya Ukrayna üçün 12-ci yardım paketini hazırlayır
Digər ölkələr19:37
Rusiyada "Soyuz" Elmi-Texniki Şurasının rəhbəri Mkrtiç Okroyan qiyabi həbs edilib
Region19:25
Naxçıvanda oktyabr ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Sosial müdafiə19:16
Azərbaycanda keçmiş partiya sədri həbs olunub
Hadisə19:14
ABŞ-nin Yəməndəki səfiri Qəzzada Mülki-Hərbi Mərkəzə rəhbər təyin edilib
Digər ölkələr19:10
"Azercell": Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil
İKT19:01
Ermənistanda kilsəyə məxsus telekanal bağlanır
Region18:58
Kanada ABŞ ilə ticarət danışıqlarını bərpa etmək üçün şərt irəli sürüb
Digər ölkələr18:56