Azərbaycan və Oman birgə layihələrin icrasını müzakirə edib
- 08 oktyabr, 2025
- 15:54

Azərbaycan və Oman arasında birgə layihələrin icrası müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Omana işgüzar səfərimiz çərçivəsində bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Məhəmməd Al Youseflə görüşmək xoş oldu. Biznes tərəfdaşlığının təşviqinin ikitərəfli iqtisadi münasibətlərdə prioritet məqsədlərdən olduğunu qeyd etdik. Birgə layihələrin icra edilməsi, ticarət dövriyyəsinin artırılması, iş adamlarımız arasında əməkdaşlıq platformalarının yaradılması istiqamətində təşəbbüslərin genişləndirilməsinin önəmini vurğuladıq", - deyə o qeyd edib.
Oman Sultanlığına işgüzar səfərimiz çərçivəsində bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri (@Tejarah_om) cənab Qais bin Məhəmməd Al Yousef ilə görüşmək xoş oldu.#Biznes tərəfdaşlığının təşviqinin ikitərəfli #iqtisadi münasibətlərdə prioritet məqsədlərdən… pic.twitter.com/mm2UN1uemW
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 8, 2025