Azərbaycan Ukraynaya yerkökü və şalğam satışını kəskin artırıb

Biznes
  • 11 iyul, 2025
  • 14:20
Azərbaycan Ukraynaya yerkökü və şalğam satışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 41 min ABŞ dolları dəyərində 61,3 ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 45 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 21,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çox) 43,9 ton (+2,6 dəfə), Səudiyyə Ərəbistanına 14,2 min ABŞ dolları dəyərində (-5 %) 0,5 ton (-64 %) və Rusiyaya 4,7 min ABŞ dolları dəyərində (-85 %) 16,9 ton (-82 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2,36 min ton yerkökü və şalğamın 65 %-i Rusiyanın payına düşüb.