Azərbaycan Ukraynadan təbii bal alışını bərpa edib

Biznes
  • 18 aprel, 2025
  • 13:36
Azərbaycan Ukraynadan təbii bal alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 196 min ABŞ dolları dəyərində 41 ton təbii bal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 46 % çoxdur.

Hesabat dövründə Azərbaycana Ukraynadan 100,8 min ABŞ dolları dəyərində 20,2 ton, Rusiyadan 46,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 9,2 ton (-23 %), Türkiyədən 21 min ABŞ dolları dəyərində (-81 %) 7,55 ton (-52 %), Belarusdan 17,7 min ABŞ dolları dəyərində 2,8 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 6,9 min ABŞ dolları dəyərində 0,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Azərbaycan 1 il 1 aylıq fasilənin ardından Ukraynadan təbii bal tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 139 ton təbii balın 49 %-i Rusiyanın, 33 %-i Türkiyənin, 12 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə