Azərbaycan Ukraynadan səməni alışını 2 dəfə artırıb

Biznes
  • 22 aprel, 2025
  • 15:24
Azərbaycan Ukraynadan səməni alışını 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 1,6 milyon ABŞ dolları dəyərində 2 779 ton səməni (pivə istehsalı üçün istifadə edilən xammal) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 % az, kəmiyyət olaraq – 1,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 931 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çox) 2 054 ton (+70 %), Almaniyadan 576 min ABŞ dolları dəyərində (-12 %) 529 ton (+0,2 %), Ukraynadan 78 min ABŞ dolları dəyərində (+81 %) 135 ton (+2 dəfə), Qazaxıstandan 40 min ABŞ dolları dəyərində (-93 %) 59 ton (-93 %), Belçikadan 1,4 min ABŞ dolları dəyərində 0,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 18 min 434 ton səmənin 63 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə