Azərbaycan Türkiyəyə mebel ixracını kəskin artırıb

Biznes
  • 08 sentyabr, 2023
  • 12:21
Azərbaycan Türkiyəyə mebel ixracını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 22,6 milyon ABŞ dolları dəyərində 98 min 293 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 % çoxdur, kəmiyyət olaraq 8 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 16,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 65 min 602 ədəd (-15 %), İtaliyadan 3,11 milyon ABŞ dolları dəyərində (+29 %) 4 min 934 ədəd (+58 %), Belarusdan 731 min ABŞ dolları dəyərində (+2,2 %) 4 min 934 ədəd (+58 %), Rusiyadan 716 min ABŞ dolları dəyərində (-23 %) 9 min 518 ədəd (+17 %), Çindən 519 min ABŞ dolları dəyərində (-35 %) 9 min 257 ədəd (-4 %) mebel alıb.

Hesabat dövründə Azərbaycan 1,18 milyon ABŞ dolları dəyərində (-47 %) 8 min 279 ədəd (-54 %) mebel ixrac edib.

Azərbaycandan Səudiyyə Ərəbistanına 396,13 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,3 dəfə çoxdur) 783 ədəd (-5 %), Amerika Birləşmiş Ştatlarına 311,3 min ABŞ dolları dəyərində (-45 %) 4 min 770 ədəd (-57 %), Gürcüstana 152 min ABŞ dolları dəyərində (-67 %) 1 min 276 ədəd (-65 %), Qazaxıstana 145,4 min ABŞ dolları dəyərində (-56 %) 176 ədəd (-60 %), Türkiyəyə 38,13 min ABŞ dolları dəyərində (+38 dəfə) 322 ədəd (+6 dəfə) mebel göndərilib.

44 - Tezliklə