Azərbaycan Türkiyədən siqaret alışını kəskin artırıb

Biznes
  • 13 iyun, 2025
  • 16:18
Azərbaycan Türkiyədən siqaret alışını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycan 1,63 milyon ABŞ dolları dəyərində 85,77 milyon ədəd siqaret idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,629 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 155 dəfə çoxdur) 85,74 milyon ədəd (+2 144 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,01 milyon ədəd (dəyişməyib), Amerika Birləşmiş Ştatlarından 0,2 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,01 milyon ədəd (dəyişməyib) və Çindən 0,1 min ABŞ dolları dəyərində (-88,5 %) 0,01 milyon ədəd (-98,8 %) siqaret alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 74 milyon ədəd siqaretin 77 %-i Türkiyənin payına düşüb.