Azərbaycan Türkiyədən faner idxalını kəskin artırıb

Biznes
  • 28 iyun, 2024
  • 15:47
Azərbaycan Türkiyədən faner idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10,72 milyon ABŞ dolları dəyərində 39 min 456 kubmetr yapışqanlı faner idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 7,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 26 min kubmetr (-18 %), Belarusdan 3,2 milyon ABŞ dolları dəyərində (-25 %) 12 min 653 kubmetr (-23 %), Çindən 85,3 min ABŞ dolları dəyərində 60 kubmetr (bir il əvvəl tədarük olmayıb), Belçikadan 31 min ABŞ dolları dəyərində 284 kubmetr (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 8,3 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 398 kubmetr (+1 100 dəfə) material alıb.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 122,4 min kubmetr fanerin 73 %-i Rusiyanın payına düşüb.