Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 33 % artırıb

Biznes
  • 23 dekabr, 2023
  • 10:37
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 33 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 11 min 608 ton süd və qaymaq idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 22 milyon 456 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 395 ton (30 %), dəyər baxımından isə 5 milyon 540 min ABŞ dolları (32,7%) çoxdur.

11 ay ərzində süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

44 filmi