Azərbaycan Stavropoldan 28 min ton buğda və qarğıdalı idxal edib

Biznes
  • 05 avqust, 2022
  • 10:32
Azərbaycan Stavropoldan 28 min ton buğda və qarğıdalı idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi, bu ilin iyun ayında Stavropol diyarından ixrac üçün nəzərdə tutulmuş 38,1 min ton taxıl məhsuluna nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə Stavropol müəssisələri qonşu ölkələrə 36,5min tondan çox taxıl göndərib. Hesabat dövründə bölgənin ən böyük idxalçısı Azərbaycan (27,6 min ton buğda və qarğıdalı), Belarus (7,9 min ton kolza) və Gürcüstan (0,8 min ton buğda və darı) olub.

44 - Tezliklə