Azərbaycan Şri-Lankadan yaşıl çay alışını kəskin artırıb
- 08 iyul, 2025
- 16:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 679 min ABŞ dolları dəyərində 112,31 ton yaşıl çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 261,3 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 72,3 ton (+76 %), Rusiyadan 192,5 min ABŞ dolları dəyərində (-16 %) 26 ton (-10 %), Şri-Lankadan 67 min ABŞ dolları dəyərində (+92 %) 8,5 ton (+3 dəfə), Almaniyadan 35,2 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,8 ton (+2 dəfə), Türkiyədən 30 min ABŞ dolları dəyərində (-10 %) 1 ton (-60 %) yaşıl çay alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 276 ton yaşıl çayın 55 %-i Çinin payına düşüb.