Azərbaycan Slovakiyadan kondisioner alışını bərpa edib

Biznes
  • 01 iyun, 2023
  • 07:23
Azərbaycan Slovakiyadan kondisioner alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycana 8,2 milyon ABŞ dolları dəyərində 24 min ədəd kondisioner gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 16,6 % azdır.

Hesabat dövründə Çindən 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % azdır) 18 min 785 ədəd (-20 %), Özbəkistandan 914 min ABŞ dolları dəyərində (+19,4 dəfə) 3 min 278 ədəd (+17 dəfə), Tailanddan 639 min ABŞ dolları dəyərində (-73 %) 1 min 881 ədəd (-61 %), Böyük Britaniyadan 65,2 min ABŞ dolları dəyərində (-40 %) 12 ədəd (-95,2 %), Türkiyədən 61,5 min ABŞ dolları dəyərində (+64 %) 31 ədəd (+41 %) məhsul alınıb.

Yeddi il 5 aylıq fasilənin ardından Azərbaycan Slovakiyadan (6,8 min ABŞ dolları dəyərində 2 ədəd) kondisioner idxalını bərpa edib.